Kopyalandi
Bir gecədə saçlar necə ağarır
Maraqlı
16 İyul 2018 9:24
7280

Kapitan Pilot Eric Moody 1982-ci ildə Kuala Lumpurdan Pertə uçuş əsnasında təyyarənin dörd mühərrikinin birdən dayandığına görə, Cakarta hava limanına təcili eniş etmək məcburiyyətində qalıb.

Bütün bu müddət ərzində o heç nədən qorxmasa da, altı ay sonra saçlarına dən düşüb. Cəmi bir il sonra isə bütün saçı ağarıb.

Bu yeganə hal deyil. Məsələn, Fransa kraliçası Marie Antoinette 37 yaşında olanda gilyotinlə edam edilib. Edama bir gün qalmış kraliçanın saçları tamamilə ağarıb. Məşhur ingiltərəli vəkil Tomas Morun da saçı bir gecədə ağarıb. 1535-ci ildə, edamdan əvvəl...

Azərbaycanda da belə halların olduğu danışılır. Bu əhvalatlardan ən məşhurları bir kişinin 24 saat liftdə qalması və bir qadının ərinin xərçəng olduğunu öyrənməsi ilə bağlıdır. Hər iki şəxsin saçı bir neçə saat içində ağarıb.

Bəs elm nə deyir? Saçın bir gecədə ağarması mümkündürmü?