Kopyalandi
Sporting - Qarabağ oyununa hakim təyinatları açıqlanıb
İdman
18 Sentyabr 2018 16:54
188

Qarabağ-ın Avropa Liqasının qrup mərhələsində Sporting-lə (Portuqaliya) səfərdə keçirəcəyi ilk turun oyununa bütün təyinatlar açıqlanıb. Metbuat.Az xəbər verir ki, oyunu Fransadan olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Fransua Leteksiye olacaq. Ona yan xətt hakimləri Siril Münyö və Mehdi Rahmuni kömək edəcək. Ehtiyat hakim funksiyasını Bertran Juanno yerinə yetirəcək. Əlavə köməkçi hakimlər isə Frank Şnayderlə Kərim Abed olacaq.

Oyunun hakim-inspektoru Bosniya və Herseqovinadan olan Elmir Pilav, UEFA nümayəndəsi çexiyalı Patrik Filipekdir. Leteksiye karyerasında ilk dəfə Azərbaycan komandasının oyununa təyinat alır. Bundan başqa, o, ilk dəfə Avropa Liqasının qrup mərhələsinin oyununu idarə edəcək.

Sentyabrın 20-də Lissabondakı "Joze Alvalade" stadionunda keçiriləcək Sporting - Qarabağ görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.